Dünya çempionatının ilk oyununda İslandiya ilə 1:1 hesablı heç-heçəyə razılaşan Argentinanın oyunu tənqid olunur. Xüsusən, 64-cü dəqiqədə penaltini vura bilməyən və gözlənilən oyunu ortaya qoymayan Lionel Messi hədəfdədi.
Qaynarinfo xəbər verir ki, "Barselona"nın ulduzu baş məşqçi Xorxe Sampaoli ilə görüşüb. İddia edilir ki, Messi baş məşqçidən heyətdə ciddi dəyişikliklər etməyi istəyib.
İddialara görə, futbolçu İslandiya matçında forma geyinən Lukas Biglia, Angel Di Maria və Maksimiliano Mezanı ehtiyata göndərməyi, Xorvatiya ilə görüşdə Ever Baneqa, Kristian Pavon və Paulo Dibalanın start heyətində yer almasını istəyib.
Şərhlər