İdman 13:08 18.10.2020

Messi ilə bağlı iddia: Premyer Liqaya gedir

"Barselona"nın futbolçusu Lionel Messi qışda İngiltərənin "Mançester Siti" klubuna keçə bilər.

Qaynarinfo "Daily Star"a istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 33 yaşlı hücumçunun transferindən 15 milyon funt kompensasiya əldə edəcəklər. Argentinalı forvardın hazırkı müqaviləsi gələn yay başa çatacaq.

Qeyd edək ki, bu mövsüm Lionel Messi 4 oyuna 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.