Messi ilə Ronaldu bu siyahıda ilk

Messi ilə Ronaldu bu siyahıda ilk "10-luğ"a belə düşmədi

"KPMG Football Benchmark" ən yüksək transfer dəyərinə malik 10 futbolçunun adarını açıqlayıb.

Qaynarinfo xəbər verir ki, uzun illər ən bahalı futbolçuların siyahısında həmişə lider olmuş Lionel Messi İlə Kriştinau Ronaldunun bu dəfə ilk "10-luğ"a belə düşmədiyi müəyyənləşib.

Təşkilatın araşdırmalarına görə siyahı aşağıdakı kimidir: 

1. Erlinq Haaland ("Borussiya") - 144,2 milyon avro
2. Kilyan Mbappe (PSJ) - 139,5 milyon avro
3. Harri Keyn ("Totenhem") - 121,2 milyon avro
4. Bruno Fernandeş ("Mançester Yunayted") - 118,9 milyon avro
5. Romelu Lukaku ("Çelsi") - 115,6 milyon avro
6. Neymar (PSJ) - 115,5 milyon avro
7. Frenki De Yonq ("Barselona") - 114,3 milyon avro
8. Kevin De Brüne ("Mançester Siti") - 112,5 milyon avro
9. Markus Reşford ("Mançester Yunayted") - 110,9 milyon avro
10. Ceydon Sanço ("Mançester Yunayted" ) - 110,5 milyon avro

Səbuhi Həsənov
XƏBƏRLƏR
BLOGLAR
X