Argentina millisinin hücumçusu Lionel Messi sabah İtaliya yığma komandasına qarşı keçiriləcək yoxlama oyununda iştirak edə bilməyəcək.
Qol.Az-ın “Football Italia” saytına istinadən yaydığı xəbərə görə, “Barsa”lı hücumçu dizindəki yüngül zədə səbəbindən bu oyunu buraxmalı olacaq.
Qeyd edək ki, Roma papası Fransickin şərəfinə baş tutacaq İtaliya – Argentina görüşü avqustun 14-də Romada keçiriləcək.
Qaynar.info
Şərhlər