İdman 16:56 27.10.2019

Messi Ronaldonu dünyanın ən yaxşı hücumçusu adlandırdı

"Barselona"nın futbolçusu Lionel Messi dünyanın ən yaxşı hücumçusunun adını açıqlayıb.

Qaynarinfo xəbər verir ki, argentinalı ulduzun fikrincə, bütün dünyada ən yaxşı hücumçu məşhur braziliyalı futbolçu Ronaldodu: "Ronaldo əsl fenomen idi. O, indiyə qədər gördüyüm ən yaxşı hücumçudu. O, sadəcə inanılmazdı".

Qeyd edək ki, Ronaldo karyerası ərzində "Kruzeyro", PSV, "Barselona", "Milan", "Real və "Korintians" klublarında çıxış edib.