Video 10:22 03.12.2019

Messi yenə dünyanın ən yaxşısı seçildi: 6-cı “Qızıl top” (VİDEO)

"France Football" nəşri tərəfindən ilin ən yaxşı futbolçusuna verilən "Qızıl top" mükafatının builki sahibi müəyyənləşib.

Qaynarinfo xəbər verir ki, qalibin adı Parisin "Teatr ve Opera Binası"nda keçirilən mərasimdə açıqlanıb. 

Bu, Argentina millisinin və "Barselona"nın kapitanı Lionel Messidi. 32 yaşlı hücumçu karyerası ərzində rekord sayda - 6-cı dəfə bu mükafata layiq görülüb. Bununla da o, "Qızıl top" sayında "Yuventus"un hücumçusu Kriştiano Ronaldonu geridə qoyub.

Qeyd edək ki, "Qızı top"a əsas namizəd kimi Messidən başqa, Kriştiano Ronaldo ("Yuventus", Portuqaliya) və Vircil van Deyk ("Liverpul", Niderland) də göstərilirdi.

"Qızıl top”a namizədlərin ilk "10-luğ"u belədir:
 
1. Lionel Messi (Argentina, "Barselona”)
2. Vircil van Diyk (Niderland, "Liverpul”)
3. Kriştiano Ronaldo (Portuqaliya, "Yuventus”)
4. Sadio Mane (Seneqal, "Liverpul”)
5. Məhəmməd Salah (Misir, "Liverpul”)
6. Kilian Mbappe (Fransa, PSJ)
7. Alisson Bekker (Braziliya, "Liverpul”)
8. Robert Levandovski (Polşa, "Bavariya”)
9. Bernardo Silva (Portuqaliya, "Mançester Siti”)
10. Riyad Mahrez (Əlcəzair, "Mançester Siti”)