Xəbər lenti

Messidən qol yağışı (VİDEO)
Video 22:13 22.02.2020

Messidən qol yağışı (VİDEO)

Futbol üzrə İspaniya çempionatının 25-ci turu çərçivəsində bu gün "Barselona” Kamp Nou-da "Eybar”ı qəbul edib.

Qaynarinfo xəbər verir ki, görüş ev sahiblərinin böyük hesablı qələbəsi ilə başa çatıb. 

"Barselona”nın rəqib qapısından keçirdiyi beş cavabsız qolun dördü Lionel Messinin aktivinə yazılıb. 

"Barselona” - "Eybar” – 5:0
Qollar: Messi, 14, 37, 40, 87, Artur, 89

Qeyd edək ki, xalını 55-ə yüksəldən "Barsa” liderliyi ələ keçirib. "Real” 53 xalla 2-ci, "Xetafe” isə 42 xalla 3-cüdür.
 
Bombardirlər siyahısına isə 18 qolla Messi başçılıq edir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->