İdman 15:04 13.06.2013

Messini 6 il həbs cəzası gözləyir - ŞOK

Vergidən yayınmaqda günahlandırılan "Barselona"nın super ulduzu Lionel Messi haqqındakı iddialara açıqlama verib.

İdman24.az-ın dünya mətbuatına istinadən verdiyi xəbərə görə, ulduz və atası 2006-2009-cu illərdə 4 milyon avroluq vergidən yayınma iddiası ilə suçlanmışdı. Bununla bağlı Messi rəsmi "Facebook" səhifəsində "Bizim üçün sürpriz oldu, çünki əsla qanunsuz hərəkət etmədik", yazıb.

Qeyd edək ki, İspaniya qanunlarına görə, Messi günahkar bilinərsə 6 il həbs cəzası ala bilər.

Qaynar.info