Messinin cəzası açıqlandı

Messinin cəzası açıqlandı

"Barselona”nın futbolçusu Lionel Messinin cəzası bəlli olub.

Qaynarinfo xəbər verir ki, argentinalı hücumçu 2 oyunluq diskvalifikasiya edilib.

Argentinalı forvard İspaniya Kubokunda "Kornella" və La Liqada "Elçe" ilə matçları buraxacaq. Qarşılaşmalar müvafiq olaraq yanvarın 21-də və 24-də gerçəkləşəcək.

Öncədən onun cəzalısının 4-12 oyun aralığında olacağı ehtimal edilirdi.

Qeyd edək ki, Lionel Messi ölkə Super Kubokunun finalında "Atletik"in oyunçusu Asyer Vilyalibreni vurub. Qarşılaşmanın bitməsinə bir dəqiqə qalmış Messi qırmızı vərəqə alaraq meydandan qovulub. Ulduz futbolçu klub karyerasında ilk dəfə qırmızı vərəqə ilə cəzalandırılıb. Atletik" final matçının əlavə vaxtında "Barselona"ya 3:2 hesabı ilə qalib gəlib.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR