İdman 17:01 18.09.2021

Messinin PSJ-dəki maaşı açıqlandı

PSJ-nin superulduzu Lionel Messinin klubdakı maaşı bəlli olub.

Qaynarinfo xəbər verir ki, bu haqda Fransanın məşhur "LEquipe" nəşri məlumat yayıb. Məlumata əsasən 34 yaşlı hücumçu klubdakı birinci ilində 30 milyon avro qazanacaq. Növbəti iki mövsüm Paris təmsilçisində qalacağı təqdirdə isə sadiqlik bonusu olaraq daha 10 milyon avro əldə edəcək.

Yayda "Barselona"dan ayrılan Messi PSJ ilə 2+1 illik müqavilə imzalayıb.
 
Səbuhi Həsənov