Siyasət 18:02 26.03.2013

Məşvərət Məclisindən aksiya hazırlığı

Bu gün Xalq Azadlıq Partiyasının sədri Valeh Mirzəyevin sədrliyi ilə DQMM – nin Sədrlər Şurasının növbəti iclası keçirilib.


Qaynar.info xəbər verir ki, iclasda DQMM-nın Nümayəndələr Palatasının martın 31-də keçiriləcəyi nəzərdə tutulan toplantısına hazırlıqlar, aprel-may aylarında kütləvi aksiyaların keçirilməsi müzakirə olunub.


Demokratik Qüvvələrin Məşvərət Məclisinin Sədrlər Şurası təəssüf hissi ilə bildirib ki, bir sıra təşkilatların dar çərçivədə guya müxalifəti birləşdirmək adı altında yaratmaq istədikləri birliklər əslində müxalifətin birliyinə deyil, parçalanmasına xidmət edir: “Son günlər Müsavat başqanının müxalifət partiyaları haqqında dedikləri, yəni onların xarici ölkələrin təsiri altında olduqları, hətta ad çəkməsə belə cəmiyyətin siyasi partiyalara inamsızlığına xidmət edir və hakimiyyətin müxalifətə qarşı sərt mövqe tutmasına rəvac verir”.


Qaynar.info