Xəbər lenti

Ölkə 18:18 09.11.2025

"Mətanət A" şirkətində xeyli miqdarda pul necə yoxa çıxıb? - TƏFƏRRÜAT

"Mətanət A” şirkəti əməkdaşını məhkəməyə verib.

Teleqraf xəbər verir ki, şirkət ekspeditoru 40.715 manat mənimsəməkdə ittiham edib.

İddia ərizəsində qeyd olunub ki, H.Məmmədov satışdan əldə etdiyi, ümümilikdə 159297,37 manat nağd pul vəsaitinin 40.715,95 manatını mənimsəyib.

Təqsirləndirilən şəxs isə məhkəmədə ifadəsində bildirib ki, audit yoxlaması nəticəsində aşkar edilmiş çatışmazlıq kimi olan pul vəsaitinin təxminən 2000.0 manatını xəzinəyə ödəməyib. O, bunu səbəbini pandemiya dönəmində maddi vəziyyətinin aşağı olması ilə, həmin vaxtlarda şirkət tərəfindən maaşlarının ödənilməməsiylə izah edib.

Nərimanov Rayon Məhkəməsi H.Məmmədovun ifadəsini özünə bəraət qazandırmaq kimi qiymətləndirib. Şirkətə xeyli miqdarda ziyan vuran H.Məmmədovun azadlığı 3 il müddətinə məhdudlaşdırılıb.

Qeyd edək ki, "Mətanət A” şirkətinin rəhbəri Elxan Bəşirovdur.


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->