Mətanət İsgəndərliyə gəlinindən atmaca:

Mətanət İsgəndərliyə gəlinindən atmaca: "Mənə qayıdacaqsınız, körpələrim!” (FOTO)

Əməkdar artist Mətanət İsgəndərlinin gəlini Canana sosial şəbəkədə yeni paylaşım edib.

Qaynarinfo xəbər verir ki, qayınanası ilə qalmaqalı bitməyən Canana övladları Ruhlan, Tuncay və Mətanətin şəkillərini paylaşıb.

O, daha çox fotolara yazdığı statusla diqqət çəkib. Belə ki, Canana övladlarının şəkillərinə "İnşallah mənə qayıdcaqsınız, körpələrim” sözlərini əlavə edərək qayınanası Mətanətə eyham vurub.

Qeyd edək ki, Əməkdar artistin gəlini sonuncu dəfə övladlarının qəyyumluq sənədinin fotosunu yayıb. Sənəddə uşaqların üçünün də nənələri Mətanətdə qalacaqları qeyd edilib.
XƏBƏRLƏR
BLOGLAR
X