Xəbər lenti

Video 18:48 10.03.2021

Mətanətin atası qızların intihar etmədiyini deyir (VİDEO)

Dünən Bakıda intihar etdiyi deyilən iki şagirddən biri - Mətanət Quliyevanın atası Elşən Quliyev açıqlama verib.

Qaynarinfo Baku TV-yə istinadən xəbər verir ki, E.Quliyevin sözlərinə görə, qızı və onun rəfiqəsi Əfruz binanın damına şəkil çəkdirmək üçün çıxıblar: "3 övladım var, Mətanət sonbeşikdir. Uşaqlar mehriban olublar, intihar etməyiblər. Qəsəbənin görünütüsünü çəkmək üçün hündürlüyə çıxıblar. Biri sürüşüb yıxılanda o biri də onu tutmaq istəyib və o da yıxılıb”.

E.Quliyev qeyd edib ki, qızların intihar etməsi ilə bağlı hazırda hər hansı sübut tapılmayıb: "İndi ehtimal budur ki, selfi çəkmək istəyərkən bu hadisə baş verib”.

Qeyd edək ki, martın 9-u günorta saatlarında Abşeron rayon Qobu qəsəbəsi 2 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdləri 2005-ci il təvəllüdlü Quliyeva Mətanət Elşən qızı və 2004-cü il təvəllüdlü Səmədova Əfruz Rafiq qızı Lökbatan qəsəbəsində yerləşən 9 mərtəbəli binanın damından özlərini atıblar. 


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->