Xəbər lenti

Mətbuat ideal qadın gözəlliyini neçə dəqiqəyə formalaşdırır?
Sağlamlıq 19:47 03.09.2017

Mətbuat ideal qadın gözəlliyini neçə dəqiqəyə formalaşdırır?

Müasir dövrdə qadının ideal görünüşü, fiqurası medianın təklifləri sayəsində formalaşır. Qadınlar televiziya, jurnal, internet portalları üzərindən gördükləri modelləri özlərinə ideal seçib ona oxşamaq üçün hər yoldan istifadə edirlər. Bəzən bu onların sağlamlığı bahasına başa gəlir. Saxlanılan pəhrizlər bir sıra xəstəliklərə, psixoloji baxımdan isə özgüvən əksikliyinə gətirib çıxarır. 

"Qaynarinfo" rus mətbuatına istinadən İsveç alimlərin bununla bağlı apardıqları təcrübənin nəticələrini təqdim edir. Belə ki, təcrübə Nikaraqua kəndinin sakinləri arasında aparılıb. Yer təsadüfən təyin edilməyib: məsələ burasındadır ki, bu kənddə ümumiyyətlə elektrik enerjisi yoxdur və onu günəş enerjisi əvəz edir. Hansı ki, ancaq lampanı işıqlandırmaq gücündədir. Buna görə də bu ərazinin sakinləri internetlə hələ tanış olmayıblar. Təcrübənin aparıcı eksperti Jan-Lyuk Yuker öz komandası ilə kəndə gəlib. Təcrübə üçün 16-78 yaş arası 80 nəfər könüllü seçilib. Əvvəlcə onlardan gözəl qadın fiqurasını təsvir etmələri istənib. Mütəxssislər onlara beynindəkiləri komputerə köçürməkdə kömək ediblər.

Bunun ardından könüllülər 2 qrupa ayrılıb. Onlara qadın geyimləri olan kataloq göstərilib. Bir qrup bizim üçün ideal hesab olunan 72 arıq qadının şəkillərinə, digər qrup isə 72 ağır çəkili qadının şəkillərinə baxıb. Şəkillər iştirakçılara cüt olaraq təqdim olunub. Bunun ardınca hər birindən gözəl hesab etdikləri qadının şəklini seçmələri istənib. Nəticə təəccüb doğurub. Belə ki, hər qrup ilk dəfə onlara gözəl kimi təqdim olunan qrupdan olan modelləri gözəl hesab etdiyini vurğulayıb.

15 dəqiqə sonra onlardan yenidən ideal qadını təsvir etmələri istənilib. Bu zaman 1-ci qrup arıq, ikinci qrup isə müvafiq olaraq kök qadın şəklini çəkib. Nəticənin ardından alimlər valdeyinlərdən bir daha uşaqlarının izlədiklərinə nəzarət etmələrini istəyiblər. Çünki təcrübədən də göründüyü kimi KİV-in insan həyatındakı rolu inkar olunmazdır. 

Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->