Bakı metrosunda gənc xanıma qarşı qeyri-etik hərəkətlər edən şəxs saxlanılıb.
Qaynarinfo-nun məlumatına görə, 1973-cü ildə Qazax rayonunda anadan olan C.V. barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilərək, iş məhkəməyə göndərilib.
Məhkəmədə məlum olub ki, 51 yaşlı C.V. metronun Gənclik stansiyasından Nərimanov istiqamətinə hərəkət edən qatarda 2005-ci il təvəllüdlü V.B.-ya qarşı nalayiq hərəkətlər edib.
C.V. metronun Nərimanov stansiyasında 19 yaşlı qızın şikayəti əsasında qatardan düşürülüb. Polis onu saxlayıb.
Təqsirləndirilən şəxs məhkəmənin qərarı ilə 5 gün müddətinə inzibati həbs olunub.
Amid
Şərhlər