İtaliyanın Baş naziri Corcia Meloni ABŞ prezidenti Donald Trampın bir gün Nobel Sülh Mükafatını alacağına ümid etdiyini bildirib.
Qaynarinfo xəbər verir ki, bu barədə ANSA yazıb.
Meloni ümid edir ki, Amerika liderinin səyləri Ukraynadakı münaqişəyə son qoyacaq. Baş nazir bildirib ki, bu halda İtaliya hökuməti Trampa mükafatın verilməsini dəstəkləyəcək.
"Ümid edirəm ki, Trampa Nobel Sülh Mükafatını verə bilərik", deyə Meloni bildirib.
O, əlavə edib ki, ABŞ prezidentinin vəziyyəti yaxşılığa doğru dəyişdirmək və Ukrayna üçün ədalətli və davamlı sülhü təmin etmək qabiliyyətinə inanır. Siyasətçi bildirib ki, bu halda Tramp nəhayət mükafata namizəd göstərilə bilər.
Yanvarın 19-da Trampın Norveçin Baş naziri Yonas Qar Störeyə məktub yazdığı və ölkəsinin ona Nobel Sülh Mükafatı vermədiyi üçün artıq yalnız sülh haqqında düşünməyə borclu olmadığını bildirdiyi bildirilib.
Aydın
Şərhlər