Ölkə 10:59 31.01.2018

Metronun yeni stansiyaları nə vaxt açılacaq? (AÇIQLAMA)

"Hazırda açılışına hazırlaşdığımız hər hansı bir stansiya yoxdur".
 
Bu barədə Qaynarinfo-ya Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

"İşlər plan üzrə aparılır. İyulun 1-nə qədər "Sahil" stansiyasını açmağı planlaşdırırıq. "Bakmil" stansiyasında da təmir gedir. Onu da yaya doğru çalışacağıq ki, açaq. Düzdür, "Sahil" stansiyası bağlıdır, amma "Bakmil" bağlı deyil, sadəcə qismən məhdudlaşdırılma var. Yeni stansiyalarda da işlər davam etdirilir. Lakin bu ilin sonuna qədər yeni bir stansiyanın istifadəyə verilməsi real görünmür".
 
Çingiz Səfərli