Metronun yeni tikilən stansiyasında işlər nə yerdədir?

Metronun yeni tikilən stansiyasında işlər nə yerdədir?

"Hazırda Ceyhun Səlimov küçəsi, Hərbi hospitalın qarşısında, "Papanin” adlanan ərazidə Bənövşəyi xəttin 3-cü stansiyasında eskalatorların quraşdırılması və mərmər-qranit örtüyünün vurulması işləri aparılır”.

Qaynarinfo xəbər verir ki, BAKU.WS-ə açıqlamasında "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

O deyib ki, tikinti ilə bağlı işlərin may-iyun aylarına qədər tam yekunlaşdırılması planlaşdırılır:

"Hər hansı əlahiddə geoloji və texniki problem baş verməsə, plana əsasən stansiyanın 2020-ci il ərzində istifadəyə verilməsi nəzərdə tutulub. Bunlar əvvəlcədən zatən öyrənilmir. Hətta belə problem də gözlənilmir”.


B.Məmmədov qeyd edib ki, həmin stansiyanın özəlliklərindən biri budur ki, qatarın bir yoldan digərinə keçməsini təmin edən dönmə kamerasının olmasıdır. Bununla qatarların fasiləsiz hərəkəti təmin olunacaq.

"Bakı Metropoliteni” rəsmisi sözlərinə əlavə edib ki, Xocasən elektrik deposunda da işlər davam etdirilir və birinci mərhələsi də istifadəyə veriləcək. Yəni, qatarlara texniki baxış, xidmət, təmir və qulluq etmək mümkün olacaq:

"Hazırda tunellərdən birində yol infrastrukturu qurulur. Digər tuneldə isə qazıntı işlərinin yaxın vaxtlarda tam başa çatdırlması planlaşdırılır”.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR