“Bakı Metropoliteni” QSC-nin bəzi işçilərinin maaşları artırılıb.Bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.
Onun sözlərinə görə, “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynovun əmri ilə bəzi struktur rəhbərlərinin, stansiya işçilərinin maaşlarında təxminən 30-50 faiz artım olub.
O qeyd edib ki, ümumilikdə metro işçilərinin maaşlarına baxılır, mümkün variantlar nəzərdən keçirilir, gələcəkdə digər işçilərin də maaşlarının artırılması nəzərdə tutulur.
Qaynar.info
Şərhlər