ABŞ-ın "Chevron" və "ExxonMobil" kimi böyük enerji şirkətlərinin Azərbaycandakı layihələrdən çıxmaqla bağlı qərarları ciddi iş prinsipləri əsasında qəbul edilib.
Bunu "APA-Economics”ə açıqlamasında ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk qrupunun sabiq həmsədri Metyu Brayza deyib.
"Ötən bir neçə il ərzində bu nəhəng şirkətlər investisiyalarını daha çox ABŞ-da geniş yayılmamış qeyri-ənənəvi neft sektoruna qoydular. Çünki, onlar bunu gəlirlərini artırmaq üçün ən düzgün yol hesab etdilər. Təcrübələrimə əsasən deyə bilərəm ki, hər iki şirkət bu qərarları ilə ABŞ hökumətinin geosiyasi maraqlarına əhəmiyyət vermədi, yalnız məqsədlərinə və hədəflərinə yönəldilər. Şəxsi səhmdarlara sahib, qeyri-hökumət şirkətləri kimi, onların bu şəkildə davranmaları və qararlar qəbul etmələri normaldır.
ABŞ hökümətinin onları Bakı-Tiblisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri layihəsinə qatılması üçün təşviq etdiyini nəzərə alaraq bu məsələdə xüsusilə "ExxonMobil”in rəhbərlərini qınayıram. Onlar bizim dəstəklərimizi qəbul etməyərək qəzəbli bir şəkildə dəfələrlə dedilər ki, işlərinə qarışmayaq.
Bu məsələni əsas gətirərək ABŞ-Azərbaycan münasibətlərində soyuqluğun olduğunu iddia edənlərə demək istəyirəm ki, bu sahədə narahatlığa əsas yoxdur. Yazılanlar həqiqətə uyğun deyil, hər iki ölkə arasında sıx münasibətlər müsbət yöndə davam etməkdədir”, - deyə o, qeyd edib.
Şərhlər