Zaqatala rayonunun Muğanlı kəndində yaşayan şəhid anası Rəsulova Əsbət Mustafa qızı panorama.az saytına müraciət edib. Qaynarinfo xəbər verir ki, oğlu Qarabağ döyüşlərində şəhid olan rayon sakini aidiyyatı qurumlardan kömək istəyir:
"Oğlum Akif Rəsulov Milli Qəhrəman Ramiz Qənbərovun "Könüllülər batalyonu"nda döyüşürdü. 1992-ci ildə Şuşa uğrunda döyüşərək şəhid oldu. Meyiti də ermənilərdə qaldı. Oğlumun qəbrinə də həsrət qaldıq. Hazırda özüm yataq xəstəsiyəm, yaşayış durumumuz acınacaqlıdır. 8 nəfər ailə üzvümüz balaca 1 otaqda yaşayırıq. Bir neçə yerə müraciət etsək də, nəticəsiz qalıb. Vəziyyət o dərəcəyə çatıb ki, saxladığımız heyvanları satıb ev tikdirməyə başladıq. Amma yarımçıq qaldı. Aidiyyatı qurumlardan bizə yardım etmələrini xahiş edirik".
Şərhlər