“Meyvəli” bazarında yanğın söndürüldü (VİDEO/YENİLƏNİB)

“Meyvəli” bazarında yanğın söndürüldü (VİDEO/YENİLƏNİB)

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, "Meyvəli” bazar adlanan ticarət mərkəzində yerləşən mağazaların birində yanğın olması barədə məlumat daxil olub.

Nazirlikdən Qaynarinfo-ya bildirilib ki, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin səyi nəticəsində yanğın daha geniş əraziyə yayılmasının qarşısı alınaraq qısa müddətdə söndürülüb.
 
22:19
 
Xəbərə video əlavə olunub.
 
 
 
 20:59

Lökbatan qəsəbəsi ərazisindəki "Meyvəli" bazarında yanğın başlayıb.

"Report”un məlumatına görə, yanğın ərzaq mağazalarını birində qeydə alınıb.

Artıq əraziyə yanğınsöndürənlər cəlb olunub, yanğının söndürülməsi üçün tədbirlər görülür.

Yanğının miqyası və digər təfərrüatlar barədə məlumat verilmir.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR