Türkiyədə yığışdırılan T.C. lövhələri bərpa edilməyə başlanıb.
Qaynarinfo xəbər verir ki, 31 mart seçkisindən sonra AKP-dən MHP-yə keçən Ərzincan Bələdiyyəsinin sədri Bəkir Aksun da bu haqda təlimat verib və binanın girişində TC lövhəsi asılıb.
Qeyd edək ki, T.C. yazılı lövhələr Kürd açılımı prosesində AKP tərəfindən bələdiyyələrdən çıxarılmışdı. CHP bələdiyyələrinin bərpa təlimatından sonra MHP bələdiyyələri də bərpaya start verib.
Şərhlər