Dünya 22:32 22.07.2022

Mİ6-nın İranın nüvə danışıqları masasına qayıtması ilə bağlı şübhələri

Ayətullah Xameneinin JCPOA-nı canlandırmaq istəməsi şübhəlidir.

Qaynarinfo "Reuters"-ə istinadən xəbər verir ki, bunu Britaniya Kəşfiyyat Xidmətinin (MI6) rəhbəri Riçard Mur deyib.

Eyni zamanda Riçard Mur vurğulayıb ki, JCPOA-nın (Birgə Kompleks Fəaliyyət Planı) canlandırılması İranın nüvə proqramını "məhdudlaşdırmaq” üçün ən yaxşı variantdır.

2015-ci ildə İran beynəlxalq sanksiyaların götürüləcəyi təqdirdə nüvə proqramını məhdudlaşdırmağa razılıq verib.

Lakin Donald Tramp 2018-ci ildə JCPOA-dan çıxdıqdan sonra İran da JCPOA məhdudiyyətlərini addım-addım həyata keçirməkdən imtina edib.

Hazırda İran bildirir ki, bütün dünya kimi o, yalnız "Nüvə Silahlarının Yayılmaması Protokolu”nda (NPT) müəyyən edilmiş öhdəliklərə və məhdudiyyətlərə əməl edir.

Hazırda ABŞ-da Co Baydenin prezidentliyindən sonra başlayan JCPOA-nı canlandırmaq üçün aparılan danışıqlar dalana dirənib.

Aydın