“Artıq danışa bilmir”
“Bütün ailə üzvləri yığılıb başına, oturmuşuq. Ümid Allaha qalıb. Artıq danışmağı da yoxdur”.
Bunu APA-ya xalq artisti, məşhur kaman ifaçısı Habil Əliyevin oğlu Rəvan Habiloğlu deyib.
Onun sözlərinə görə, həkimlər H. Əliyevin xəstəxanada yatmasını məsləhət görsələr də, xalq artisti bundan imtina edib: “Özü qala bilmədi. Burda yaş amilinin də rolu var. Xəstəxanada qala bilmir, darıxır. Vəziyyəti yaxşı deyil. Orta-ağır olaraq qiymətləndirilir. İynə-dərmanını edirik, nə lazımdırsa, qulluğundayıq. Görək necə olur, ümid Allaha qalıb”.
R. Habiloğlu əlavə edib ki, H. Əliyev ağ ciyər pnevmoniyası və ürək çatışmazlığından əziyyət çəkir.
Şərhlər