Vergilər naziri Mikayıl Cabbarov Bakı şəhəri Lokal Gəlirlər Departamentinin baş direktoru Cəbrayılov Fərid Zəbiyulla oğlunu tutduğu vəzifəsindən azad edib.
Unikal.org-un əldə etdiyi məlumata görə, Mikayıl Cabbarov bununla bağlı müvafiq əmr imzalayıb. Sözügedən vəzifənin icrasını isə nazir müavini İlkin Vəliyev müvəqqəti icra edir.
Xəbəri Vergilər Nazirliyindən Unikal.org-a təsdiqləyiblər.
İşdən çıxarılan Fərid Cəbrayılov sabiq Vergilər naziri Fazil Məmmədovun yaxın kadrı olub.
Şərhlər