Xəbər lenti

Mikayıl Cabbarov Fazil Məmmədovu hədəfə aldı:
Ölkə 14:05 13.02.2018

Mikayıl Cabbarov Fazil Məmmədovu hədəfə aldı: "Artıq ödəmələr tələb edilib"

Mikayıl Cabbarov Vergilər Nazirliyinin fəaliyyətində müsbət və mənfi məqamları açıqlayıb.

Qaynarinfo APA-ya istinadən xəbər verir ki, "Vergilər. Şəffaflıq. İnkişaf" adlı konfransda vergilər naziri Mikayıl Cabbarov Vergilər Nazirliyinin mövcud fəaliyyətinin qiymətləndirilməsi və gələcək strategiyası haqqında danışarkən deyib ki, qurum öz inkişafında böyük yol keçib: 

"Bu yolun həm müsbət, həm də mənfi səhifələri olub. Müsbət səhifələr kimi qeyd etmək olar ki, vergi orqanlarının fəaliyyəti tam avtomatlaşdırılıb, vergi öhdəliklərinin bütün tarixcəsini özündə əks etdirən vahid informasiya sistemi yaradılıb, vergi ödəyicilərinə göstərilən xidmətlər mütərəqqi prinsiplər əsasında qurularaq əksəriyyəti elektronlaşdırılıb. "Çağrı Mərkəzi", "Bir pəncərə" sisteminin əsası bu nazirlikdə qoyulub".

Nazir Vergilər Nazirliyinin fəaliyyətində mənfi məqamlara da aydınlıq gətirib: 

"Mənfi səhifələrə gəldikdə bir çox vergi ödəyiciləri öz təsərrüfat fəaliyyətinin nəticələrinin hesablanmasının gəlir və xərclər üzərində aparılması ilə deyil, bəzi hallarda ən asan üsulla - dövriyyənin hesablanmasına sövq edilməsi, bunun nəticəsində audit institutunun əhəmiyyətli dərəcədə itirilməsi, plan və proqnozun yerinə yetirilməsi naminə vergi ödəyicilərindən ödənilməli olan vergi məbləğindən artıq ödəmələrin tələb edilməsi, bu ödəmələrin həcminin ilbəil artması, neft və qeyri-neft sektorlarında vergi yükünün qeyri-mütənasib paylanılması özəl biznesə qarşı bugünkü tələblərə cavab verməyən metodlarını olduğunu göstərir və işgüzar aktivliyin rəsmi sahədən qeyri-rəsmi sahəyə keçidi ilə nəticələnir. Belə təcrübənin yolverilməzliyi xüsusən kiçik və orta sahibkarlıq sahəsində özünü büruzə verir".

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->