Dekabrın 20-də Müasir İncəsənət Muzeyində Azərbaycanın korifey rəssamlarının sərgisi keçiriləcək.
Bu haqda Qaynarinfo-ya rəssam, xərçəng xəstəliyindən əziyyət çəkən uşaqlara kömək məqsədiylə xeyriyyə sərgilərinin təşkilatçısı Milena Nəbiyeva məlumat verib.
O bildirib ki, sərgidə Azərbaycanın 35 rəssamının işləri nümayiş etdiriləcək. Xeyriyyə tədbirindən əldə ediləcək gəlir xəstə uşaqların müalicəsinə xərclənəcək.
Şərhlər