Xəbər lenti

Millət vəkili: “Heç bir vətəndaş yardım prosesindən kənarda qalmayacaq
Ölkə 14:16 03.04.2020

Millət vəkili: “Heç bir vətəndaş yardım prosesindən kənarda qalmayacaq"

"İndiki vəziyyətdə heç bir vəntəndaş bu prosesdən kənarda qalmayacaq". 

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov koronavirus pandemiyası ilə bağlı Azərbaycan dövlətinin vətəndaşlara yardım proqramında əhalinin həsas təbəqəsinin kənarda qalması ilə bağlı yaranan söz-söhbətə aydınlıq gətirərkən deyib. Deputat sosial şəbəkələrdə süni şəkildə ictimai fikiri çaşdırmaq, insanlar arasında narazılıq yaratmaq istəyənlərin olduğunu vurğulayıb:

"Onlar üçün heç bir əsas yoxdur. Amma bunu yadlarında saxlasınlar. Azərbaycan prezidenti İlham Əliyevin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı və onun sosial rifahı dayanır. Bütün dünyanı öz cənginə almış koronavirusla mübarizədə ən iri dövlətlər belə acizlik nümayiş etdirirlər. Çox ciddi çətinliklərlə üz-züə qaldıqlarını etiraf  edirlər. Nəzərə alsaq ki, dünya iqtisadiyyatına böyük zərbə dəyir, neft bazarında qiymətlər kəskin şəkildə aşağı düşüb, bu, Azərbaycanın gəlirlərinin də kifayət qədər azalması anlamına gəlir. Bütün bunlara baxmayaraq, Azərbaycan dövləti və onun rəhbəri son çıxışlarında bir daha vurğulayıb ki, sosial proqramlarda məhdudiyyət olmayacaq və nəzərdə tutulan layihələri həyata keçirəcəyik".

Elman Nəsirov qeyd edib ki, prezidentin tapşırığı ilə 4 işçi qrupu yaradılıb: 
 

"Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Mərkəzi Bankın sədrinin rəhbərliyi altında fəaliyyət göstərir. İqtisadiyyat nazirinin proqramı hazırdır. Digər 3 işçi qrupunun da hazırladığı proqram yaxın günlərdə prezidentə təqdim olunacaq. İlk növbədə bu mürəkkəb şəraitdə insanların üzləşdiyi sosial problemlərin yükünü azatmaq, yüngülləşdirmək əsas səbəbdir. Xüsusu ilə əhalinin həssas təbəqəsi üçün bu tətbiq ediləcək. İqtisadiyyat Nazirliyinin təqdim etdiyi proqramda 20 fəaliyyət sahəsi öz əksini tapıb. Elə etməliyik ki, həm kiçik-orta, həm mikrosahibkarlıqa məşğul olan insanlara ziyan dəyməsin. Eyni zamanda həssas əhali təbəqəsi də sosial müdafiəsini tapa bilsinlər. Yaxın günlərdə biz məlum qərarlarla tanış olacayıq. Bir seyi bilsinlər ki, dövlət və dövlətin rəhbəri xalqının yanındadır. Cənab prezident hələ illər öncə deyib ki, "mən hər bir Azərbaycan vətəndaşının prezidenti olacağam". Prezident son 16 illik fəaliyyətində bunu təsdiqlədi. Həssas insanlar qətiyyən narahat olmasınlar. İndiki vəziyyətdə heç bir vəntəndaş bu prosesdən kənarda qalmayacaq". 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->