Ölkə 16:23 29.10.2020

Millət vəkili "McDonald's"ın boykot olunmasına çağırış etdi

"Azərbaycanın bir aydan artıq apardığı Vətən müharibəsində şirkətin sosial şəbəkələrdə xalqımızla birgə olmasına yanaşma tamamilə ədalətlidir”.


Qaynarinfo xəbər verir ki, bunu Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı "McDonald's"ın Azərbaycan nümayəndəliyi sosial media hesablarında ordumuza dəstək məqsədi ilə yazdığı postu qısa vaxtdan sonra silməsi və bundan sonra müştərilərin şirkəti boykot etməsi ilə bağlı çağırışlarından danışarkən deyib. Onun sözlərinə görə, "McDonald's" şəbəkəsi Azərbaycanda milyonlarla pul qazanır:

 

"McDonald's" Azərbaycan restoranlar şəbəkəsinin instaqram səhifəsində Qarabağ müharibəsi mövzusunda etdiyi paylaşmalarını sonradan silməsi haqlı olaraq sosial seqmentdə etirazla qarşılanıb və boykot kampaniyasına stat verilib. Dəyərli soydaşlarımın bu təşəbbüsünə qoşulur və bütün dostlarımı həmin təşəbbüsü müdafiə etməyə səsləyirəm”.

 

Bahar Rüstəmli