Xəbər lenti

Millət vəkili Natiq Əliyevin ölümünə görə insult keçirib
Hüseynbala Səlimov
Ölkə 22:22 04.09.2017

Millət vəkili Natiq Əliyevin ölümünə görə insult keçirib

İnsult keçirən və uzun müddətdir Türkiyədə müalicə alan millət vəkili Hüseynbala Mirələmov artıq ölkəyə qayıdıb.

Axar.az-ın əldə etdiyi məlumata görə, hazırda millət vəkilinin səhhəti stabildir.

Xatırladaq ki, millət vəkili iyunun 6-da beyindaxili təzyiqlə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilmişdi. İyunun 8-də isə qohumları millət vəkilinin insult olduğu barədə xəbəri təsdiqləmişdilər.

Onun səhhətində yaranan qəfil problemin səbəbi kimi isə Energetika naziri Natiq Əliyevin iyunun 3-də vəziyyətinin kəskinləşməsi və Neftçilər Xəstəxanasında nazirin ürəyinin bir neçə dəqiqə dayanması barədə xəbər göstərilir. Qeyd edilir ki, Natiq Əliyevlə çox yaxın dost olan Hüseynbala Mirələmov nazirin qəfil xəstələnməsi və ağır vəziyyətdə Türkiyəyə aparılması, vəziyyətinin ümidsiz olmasından sarsıntı keçirib. Bunun nəticəsində isə iyunun 6-da insultla xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Natiq Əliyev iyunun 9-da İstanbulun "Florence Nightingale" klinikasında dünyasını dəyişmişdi.

Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->