İdman 01:58 21.11.2018

Millətlər Liqaında qrup mərhələsi başa çatdı

UEFA Millətlər Liqasında qrup mərhələsinin oyunlarına yekun vurulub.

Qaynarinfo xəbər verir ki, VI turun sonuncu oyun günündə 4 liqada ümumilikdə 7 görüş təşkil olunub və növbəti mərhələyə yüksələcək sonuncu 4 komandanın adına aydınlıq gəlib.

A Liqasının III qrupunda keçirilən Portuqaliya - Polşa matçının nəticəsi heç bir əhəmiyyət kəsb etmirdi. Belə ki, Portuqaliya növbəti mərhələni öncədən təmin etmiş, qonaq komanda isə aşağı liqaya düşmüdü. Qarşılaşma 1:1 hesabı ilə müəyyənləşib.

B Liqasının II qrupunda Rusiya səfərdə İsveçin qonağı olub. Şimal qonşumuza növbəti mərhələ üçün bir xal bəs etsə də, onlr meydanı məğlubiyyətlə tərk edib. Nəticədə İsveç mərhələ adlayıb, Rusiya ikinci olub. Bu qrupdan Türkiyə aşağı liqya yuvarlanıb.

C Liqasında isə 3 oyun baş tutub. I qrupda Şotlandiya evdə İsraillə münasibətlərə aydınlıq gətirib. İsrail yığmasına növbəti mərhələ üçün heç-heçə etsə də, bunu bacarmayıblar. 3:2 hesablı qələbə qazanan Şotlandiya mərhələ adlayıb. İsrail ikinci olub, Albaniya D Liqasına düşüb. 

IV qrupda isə Rumıniya səfərdə Monteneqroya 1:0, Serbiya isə evdə Litvaya 4:1 hesabı ilə qalib gəlib. Nəticədə Serbiya mərhələ adlayıb. Litva isə D Liqasına yuvarlanıb. 

D Liqasının III qrupunda Azərbaycan millisi səfərdə Kosovo ilə üz-üzə gəlib. Qurban Qurbanovun baş məşqçilik etdiyi komanda qələbə qazanacağı təqdirdə növbəti mərhələyə vəsiqə əldə edəcəkdi. Amma millimiz səfər matçında 0:4 hesabı ilə yenilib. Bununla da Kosovo qrup lideri olaraq mərhələ adlayıb.
 
Millətlər Liqası
VI tur
20 noyabr

A Liqası
III qrup
Portuqaliya - Polşa 1:1
Qollar: Andre Silva, 34 - Arkadiuş Milik, 66-pen.
Qırmızı vərəqə: Danilo Pereyra, 63 (Portuqaliya).

1

Portuqaliya

4

2

2

0

5:3

8

2

İtaliya

4

1

2

1

2:2

5

3

Polşa

4

0

2

2

4:6

2


B Liqası
II qrup
İsveç - Rusiya 2:0
Qollar: Viktor Lindelof, 41. Markus Berq, 72.

1

İsveç

4

2

1

1

5:3

7

2

Rusiya

4

2

1

1

4:3

7

3

Türkiyə

4

1

0

3

4:7

3


C Liqası
I qrup
Şotlandiya - İsrail 3:2
Qollar: Ceyms Forrest, 34; 43; 64 - Biram Kayal, 9. Eran Zahavi, 75.

1

Şotlandiya

4

3

0

1

10:4

9

2

İsrail

4

2

0

2

6:5

6

3

Albaniya

4

1

0

3

1:8

3


IV qrup
Monteneqro - Rumıniya 0:1
Qol: Georgi Tusudean, 44

Serbiya - Litva 4:1
Qollar: Arturas Zulpa, 51 (avtoqol). Aleksandar Mitroviç, 58. Aleksandar Priyoviç, 71. Adem Lyayiç, 74 - Deimantas Petraviçius, 64.

1

Serbiya

6

4

2

0

11:4

14

2

Rumıniya

6

3

3

0

8:3

12

3

Monteneqro

6

2

1

3

7:6

7

4

Litva

6

0

0

6

3:16

0


D Liqası
III qrup
Kosovo - Azərbaycan 4:0
Qol: Arber Zeneli, 2; 50; 76. Amir Rrahmani, 61.

Malta - Farer adaları 1:1
Qollar: Xuan Xorbolan, 3 - Rene Yoensen, 4.

1

Kosovo

6

4

2

0

15:2

14

2

Azərbaycan

6

2

3

1

7:6

9

3

Farer adaları

6

1

2

3

5:10

5

4

Malta

6

0

3

3

5:14

2