Xəbər lenti

Millətlər Liqası: Bürünc mükafatçı müəyyənləşdi
İdman 18:59 08.06.2025

Millətlər Liqası: Bürünc mükafatçı müəyyənləşdi

UEFA Millətlər Liqasının bürünc mükafatçısının adına aydınlıq gəlib.

Qaynarinfo xəbər verir ki, üçüncü yer uğrunda görüşdə Almaniya və Fransa yığmaları münasibətləri aydınlaşdırıblar.

Ştutqart şəhərində baş tutan qarşılaşma meydan sahiblərinin 0:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Qeyd edək ki, bu gün həlledici oyunda Portuqaliya və İspaniya yığmaları üz-üzə gələcəklər. Matç saat 23:00-da Münhendə start götürəcək.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->