Xəbər lenti

Milli Məclisdən Operativ Qərargaha tənqid: “Toylar keçirilməlidir”
Ölkə 12:15 23.02.2021

Milli Məclisdən Operativ Qərargaha tənqid: “Toylar keçirilməlidir”

Milli Məclisin iclasında deputat Fazil Mustafa Nazirlər Kabineti yanında Operativ Qərargahı tənqid edib. 

F.Mustafa idman zallarının açılması və toyların keçirilməsi ilə bağlı qərarların olmamasından şikayətlənib. 

Deputat qeyd edib ki, idman zalları açılmalı, toy mərasimləri isə tənzimləmələrlə keçirilməlidir. 

"Biz burada məsələ qaldırırıq, heç kim reaksiya vermir, maraqlanmır. Bu nə deməkdir? Niyə maraqlanmırlar ki, xalq necə yaşayır? Bu gün ölkədə ciddi demoqrafik problemlər də mövcuddur”, - deyə F.Mustafa söyləyib. //Oxu.az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->