Milli Məclisə seçkilərdə yəhudi əsilli namizədlər də iştirak edəcək

Milli Məclisə seçkilərdə yəhudi əsilli namizədlər də iştirak edəcək

2020-ci il fevralın 9-da Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərində yəhudi əsilli namizədlər də iştirak edəcək. 

Bunu Modern.az-a açıqlamasında  Quba rayonu Qırmızı qəsəbə Dağ Yəhudiləri dini icmasının sədri Yuri Naftaliev deyib.

"2020-ci ildə keçiriləcək növbədənkənar parlament seçkilərində bizim icma üzvlərimizdən namizədliyini irəli sürənlər olacaq. Lakin hələ ki, tam say və adlar bilinmir. Yaxın zamanlarda yəqin ki, deputatlığa namizədlik verənlərin adını biləcəyik”, - deyə icma rəhbəri bildirib.

Xatırladaq ki, bir neçə gün əvvəl vəfat edən beşinci çağırış Milli Məclisin deputatı Yevda Abramov da yəhudi əsilli idi.
Blogum-Qaynar
XƏBƏRLƏR
BLOGLAR