Xəbər lenti

Milli Məclisin plenar iclaslarının saatı dəyişdi
Ölkə 19:59 25.03.2020

Milli Məclisin plenar iclaslarının saatı dəyişdi

Milli Məclisin plenar iclaslarının keçirilməsi vaxtı dəyişib.

Qaynarinfo xəbər verir ki, bu barədə spiker Sahibə Qafarova əmr imzalayıb. Artıq iclaslar saat 11-də başlayıb 17:00- da bitəcək. Saat 13:00-dan 15:00 kimi isə iclasa fasilə veriləcək. Bundan əvvəl isə iclaslar saat 12:00-da başlayıb 18:00 -a kimi davam edib.

Xatırladaq ki, Milli Məclisin martın 3-də keçirilən plenar iclasında deputat Elman Məmmədov parlamentin iclaslarının vaxtının dəyişdirilməsiylə təklifi ilə çıxmışdı.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->