Xəbər lenti

Foto 14:30 21.02.2020

Natiq Qasımov vəzifəsindən kənarlaşdılıdı, Yaşar Hacıyev vitse-prezident oldu

Bu gün Milli Paralimpiya Komitəsinin (MPK) Ümimi yığıncağı keçirilib. 

MPK-dan Qaynarinfo-ya verilən məlumata görə, Milli Olimpiya Komitəsinin inzibati binasında təşkil olunmuş toplantının gündəliyində qurumun Tokio-2020 XVI Yay Paralimpiya Oyunlarına hazırlıqla əlaqədar görülən işlər, Nizamnamədə dəyişikliklərinin təsdiq olunması və təşkilatı məsələlər yer alıb. 

Yığıncaqda təşkilati məsələlərə də baxılıb. Üzvlərin səsverməsi nəticəsində MPK-nin I vitse-prezidenti Natiq Qasımov vəzifəsindən azad edilib, Yaşar Hacıyev isə vitse-prezident vəzifəsinə seçilib. MPK-nin İcraiyyə Komitəsi isə aşağıdakı tərkibdə seçilib.

Rəhimov İlqar Elxan oğlu - ARMPK-nin prezidenti, İcraiyyə komitəsinin sədri

Zəkiyev İlham Əizağa oğlu - ARMPK-nin vitse prezidenti

Hacıyev Yaşar Fərəc oğlu - ARMPK-nin vitse prezidenti Sumqayıt Paralimpiya İdman Kompleksinin direktoru

Məmmədov Kamal Cabir oğlu- ARMPK-nin baş katibi

Sultanova Afaq Vaqif qızı - Cüdo üzrə Paralimpiya çempionu

Kərimova Vüsalə Akif qızı- Əlil İdmançılara dəstək” İB-nin baş katibi, Əlil arabasında idman rəqsi, idmançı

Sadıxov Sadıx Asəf oğlu - "Neftçi” İC icraçı direktoru

Məmmədov Aydın Ağa əli oğlu - Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sector müdiri

Abdullayev Səmyar Abdulla oğlu - Gözdən Əlillər Cəmiyyətinin prezidenti,

Kərimov Mehman Bayram oğlu - Milli Olimpiya Komitəsinin şöbə müdiri

Abbasova Səlhət Manaf qızı - Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyasının məsul katibi

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->