Xəbər lenti

Milli Şura növbəti mitinqini keçirdi
Siyasət 17:13 28.10.2017

Milli Şura növbəti mitinqini keçirdi

Milli Şura bu gün növbəti mitinqini keçirib. 

"Qaynarinfo" xəbər verir ki, aksiya Yasamal rayonu ərazisindəki keçmiş "Məhsul" stadionunda baş tutub.

Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqin təhlükəsizliyi polis tərəfindən təmin edilib.

Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumatda bildirilir ki, oktyabrın 28-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib. 

Saat 15.00-dan 17.00-dək davam edən toplantıda həmin quruma daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyası, həmçinin Klassik Xalq Cəbhəsi, Azərbaycan Xalq, Milli Dövlətçilik partiyalarının, eləcə də Müsavat Partiyası Gənclər Təşkilatının, Demokratiya və Rifah, Müsəlman Birliyi, "NİDA” hərəkatlarının və müxalifətyönümlü bir sıra qeyri-hökumət təşkilatlarının ümumi sayı 1000 (min)  nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.

Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->