Siyasət 13:59 07.06.2013

Milli Şuranın tam tərkibi - SİYAHI


Bu gün rəsmən təsis olunn Demokratik Qüvvələrin Milli Şurasını ilkin üzvlərinin siyahısı açıqlanıb.

Qaynar.info həmin siyahını oxuculara təqdim edir.

Qeyd edək ki, Rüstəm İbrahimbəyov şuranın sədri seçilib:


1. Aqil Səmədbəyli - BAB- Rəyasət Heyətinin sədri
2. Akif Hüseynov - Vətəndaş Hərəkatı Forumunun həmtəsisçi, GHT rəhbəri, hüquq mudafiəçisi
3. Akif Şahbazov - sabiq millət vəkili
4. Anar Niftəliyev - köşə yazarı
5. Arif Hacılı - Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri, sabiq dövlət müşaviri, istiqlalçı millət vəkili, sabiq seçki və vicdan məhbusu
6. Arif İsmayılbəyli - VHP sədrinin müavini
7. Arzu Abdullayeva- Beynəlxalq Helsinki Vətəndaş Assambleysının həmsədri, hüquq müdafiəçisi
8. Arzu Səmədbəyli - Müsavat Partiyası Məclisinin sədri, sabiq millət vəkili
9. Asif Şəkərli - VHP Ali Məclisi katibi
10. Asəf Quliyev - AXCP sədrinin müavini, sabiq vicdan məhbusu
11. Aytəkin İmranova - İslam Demokratiya və İnsan Haqları Mərkəzinin sədri, “Mülkiyyət müqəddəsdir” QHT-lərin ictimai komitəsinin həmsədri
12. Bəybala Əbil - KXCP Ali Məclisinin sədri
13. Cəmil Hacıyev -Gənclər Hərəkatı
14. Cəmil Həsənli - Ziyalılar Forumunun Koordinasiya Şurasının üzvü, tarixçi alim, professor, sabiq millət vəkili
15. Eldar Əliyev - MEA İqtisadiyyat İnstitutunun iqtisadçı-analitiki
16. Eldar Namazov - EL Hərəkatının sədri, “Ziyalılar Forumu”nun Koordinasiya Şurasının üzvü, AR Prezidenti Katibliyinin sabiq rəhbəri, sabiq millət vəkili, politoloq
17. Elçin Manafov - İslam Partiyası sədrinin müavini, hazırda sədr əvəzi
18. Eldar Muradov - ALP-nin sədr müavini, təqaüddə olan polkovnik, Bakı Bələdiyyə polisinin keçmiş rəisi, Əfqanıstan və Qarabağ müharibələrinin veteranı, iki dəfə Qırmızı Ulduz ordeninin kavaleri, sabiq siyasi məhbus
19. Eldəniz Quliyev - Ziyalılar Birliyinin sədri, Ziyalılar Forumunun Koordinasiya Şurasının üzvü, EL Hərəkatı Ali Məclisinin sədri, kinodramaturq
20. Elxan Mehdiyev - politoloq
21. Elman Məmmədzadə - ALP İcra Komitəsinin sədri
22. Elşad Musayev - Böyük Azərbaycan Partiyasının sədri
23. Emin Milli - blogger, sabiq vicdan məhbusu
24. Əbülfəz Qurbanlı - Yeni Gənclər Hərəkatının təmsilçisi
25. Ədalət Tahirzadə - yazıçı, sabiq nazir müavini
26. Ədalət Yusubov - Qarabağ döyüşlərinin iştirakçısı, İctimai Palatanın Koordinasiya Şurasının üzvü, sabiq icra başçısı
27. Əli Abbasov - professor, AR MEA-nın Fəlsəfə və Hüqüq İnstitutunun sabiq direktoru
28. Əli Kərimli - AXCP-nin sədri, sabiq dövlət katibi, sabiq millət vəkili
29. Ənnağı Hacıbəyli - Azərbaycan Huquqçular Assosiasiyasının  prezidenti
30. Əvəz Temirxan - ALP-nin sədri, hüquqşünas
31. Faiq Rzayev-ACP sədrinin müavini
32. Felmar Ələkbərli - VHP NTK-nın sədri, Bakı Şin Zavodunun keçmiş direktoru
33. Fuad Ağayev - vəkil, “Hüqüq Evi” İctimai Birliyinin təsiscisi
34. Fuad Qəhrəmanlı - AXCP sədrinin müavini, politoloq, sabiq vicdan məhbusu
35. Gözəl Bayramlı- AXCP sədrinin müavini
36. Gülağa Aslanlı - fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, MSK-nın sabiq üzvü, Avropa Siyasi Məsləhətçilər Assosiasiyasının üzvü
37. Gülnarə Qurbanova - sabiq millət vəkili
38. Gültəkin Hacıbəyli - sabiq milət vəkili, Ziyalılar Forumunun Koordinasiya Şurasının üzvü
39. Hacı Abgül Süleymanov - ilahiyyatçı, siyasi məhbus
40. Hacı Mövsüm Səmədov - Azərbaycan İslam Partiyasının sədri, vicdan məhbusu
41. Hacı Taleh Bağırov- ilahiyyatçı, vicdan məhbusu
42. Hacı Rövşən Əhmədli - Azad Qarabağ Uğrunda Müqavimət Hərəkatının sədri
43. Haci Zakir Quliyev- Milli azadlıq hərəkatının fəalı, Bakı Kəndlər Birliyinin yaradıcılarından
44. Hacıağa Dadaşov - iqtisadçı ekspert, ALP Siyasi Şurasının üzvü
45. Hacıbaba Əzimov-professor, istiqlalçı millət vəkili, Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri
46. Həsən Kərimov - AXCP Ali Məclisinin sədri, sabiq icra başçısı
47. Hikmət Əbdüləzizov - N!DA VH
48. Hüseyn Hüseynov - ədliyyə generalı, Naxçıvan MR-in sabiq baş prokuroru və Ali Məclisinin sabiq millət vəkili
49. Xəzər Teyyublu-KXCP sədrinin müavini, sabiq siyasi məhbus
50. Xurşud Abbasova - “Sara Xatun” qadın hüquqları müdafiə cəmiyyətinin sədri
51. İbrahim İbrahimli - istiqlalçı millət vəkili, müstəqil siyasətçi, sabiq seçki məhbusu
52. İkram İsrafil-sabiq millət vəkili,
53. İlkin Rüstəmzadə - blogger, vicdan məhbusu
54. İlham Baratov - Kosmik Tədqiqatlar İnstitutunun elmi işçişi
55. İlham Hüseyn - “EL” Hərəkatı sədrinin ictimai əlaqələr üzrə müavini, sabiq icra başçısı
56. İlham Murtuzayev - elmlər doktoru, ALP siyasi şura üzvü
57. İsa Qəmbər - Müsavat Partiyasının başqanı, istiqlalçı millət vəkili, parlamentin sabiq sədri
58. İskəndər Həmidov - istiqlalçı millət vəkili , sabiq daxili işlər naziri
59. İsmayıl Ələsgərli - ALP Siyasi Şurasının üzvü, elmlər doktoru, Sumqayıt Dövlət Universitetinin keçmiş kafedra müdiri və dekanı, sabiq siyasi məhbus
60. Kamal Əmrahov - professor-kulturoloq
61. Kamil Vəli Nərimanoğlu-professor, filoloq
62. Kərbalayi Natiq Kərimov - “Nardaran Ağsaqqallar Şurasının” sədri
63. Köçəri Nağıbəyli - İctimai Palatanın Koordinasiya Şurasının üzvü, “Deportasiya” Mərkəzinin dönəm sədri, “EL” Hərəkatı sədrinin təşkilati məsələlər üzrə müavini
64. Qalibə Budaqova - Milli Qəhrəman Ailələri Cəmiyyətinin sədri
65. Qələndər Muxtarlı - Azərbaycan Milliyyətçi Demokrat Partiyasının sədri, İctimai Palatanın Koordinasiya Şurasının üzvü
66. Qubad İbadoğlu - iqtisadiyyat üzrə fəlsəfə doktoru, İctimai Təşəbbüslər Mərkəzinin sədri, Avropa Şərq Tərəfdaşlıq Proqramının Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan üzrə əlaqələndiricisi, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün Beynəlxaq İdarə Heyətinin üzvü
67. Qulamhüseyn Əlibəyli - Aydınlar Partiyasının sədri, sabiq millət vəkili
68. Qurban Məmmədov - hüquqşünas, sabiq və hazırkı siyasi məhbus
69. Lalə Şövkət - ALP-nin lideri, sabiq dövlət katibi, sabiq millət vəkili
70. Leyla Əliyeva - politoloq, Milli və Beynəlxalq Araşdırmalar Mərkəzinin Prezidenti, İctimai Palatanın Koordinasiya Şurasının üzvü
71. Leyla Yunus - hüquq müdafəçisi, Sülh və Demokratiya İnstitutunun direktoru, Fransa Şərəf Legionu Kavaleri Ordeni və Almaniyanın Teodor Hakker adına mükafatları laureatı
72. Loğman Abdullayev-KXCP Ali Məclisinin üzvü, sabiq icra başcısı
73. Mahmud Hacıyev - ekspert-kriminalist, polkovnik-leytenant, sabiq polis rəisi
74. Məcid Mərcanlı - “Azad Gənclik” Təşkilatının İdarə Heyətinin üzvü
75. Mirmahmud Mirəlioğlu - KXCP-nin sədri, sabiq millət vəkili
76. Mirvari Qəhrəmanlı - hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri, İctimai Palatanın Koordinasiya Şurasının üzvü
77. Mehdibəy Səfərov - “Azəri-Talış” Birliyinin sədri
78. Mehman Cavadoğlu - Musavat Partiyası başqanının müavini, jurnalist, “Azərbaycan” qəzetinin sabiq baş redaktoru
79. Mehman Əliyev - jurnalist, “Turan ” İnformasiya Agentliyinin direktoru
80. Mehriban Vəzir - yazıçı-publisist, Azərbaycan Qadınlarının Siyasi Mədəniyyət Mərkəzinin direktoru, İctimai Palatanın Koordinasiya Şurasının üzvü
81. Musa Yaqub - şair, Ziyalılar Forumunun KŞ üzvü, sabiq millət vəkili
82. Mustafa Hacıbəyli - “Demokrat” qəzetinin baş redaktoru, Qarabağ müharibəsi veteranı
83. Namizəd Səfərov - vəkil
84. Nemət Əliyev - iqtisadçı-alim, İctimai Palatanın aqrar-islahatlar komissiyasının sədri
85. Natiq Ədilov -köşə yazarı, bloqçu, keçmiş seçki məhbusu
86. Nəsimi Əliyev - ACP GT sədri
87. Nizami Ələkbərli-KXCP İdarə Heyətinin üzvü, Qarabag qazisi, sabiq siyasi məhbus
88. Novella Cəfəroğlu - hüquq müdafiəçisi, D.Əliyeva adına Qadın Hüquqları Cəmiyyətinin sədri, ABŞ Dövlət Departamenti və Marşal mükafatı laureatı
89. Nurəddin Məmmədli - biologiya elmləri doktoru, Azərbaycan Respublikası prezidenti yanında Ali Attestasiya Komissiyasının sabiq üzvü
90. Nurəddin Mustafayev - siyasi xadim
91. Osman Kazımov - hüquqşünas, vəkil
92. Oqtay Gülalıyev, - “Kür” Vətəndaş Cəmiyyətinin koordinatoru, sabiq vicdan məhbusu
93. Rahim Bağırov-EL hərəkatının Ali Məclisinin sədr müavini, sabiq icra başcısı
94. Rafiq Manaflı-VHP Ali Məclisinin sədri
95. Rahim Hacıyev - “Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini, İctimai Palatanın Koordinasiya Şurasının üzvü
96. Ramin Hüseynov - N!DA VH
97. Ramiz Mirzəoğlu (Hacı) -sabiq vicdan məhbusu
98. Razi Nurullayev - “Region” Beynəlxalq Analitik Mərkəzin (RBAM) İdarə Heyətinin sədri, beynəlxalq münasibətlər üzrə ekspert
99. Rəsul Quliyev - ACP lideri, AR Milli Məclisinin sabiq sədri
100. Rəşad Həsənov - “NİDA” İdarə Heyətinin üzvü, vicdan məhbusu
101. Rəşadət Axundov - “NİDA” İdarə Heyətinin üzvü, vicdan məhbusu
102. Rəşid Hacılı - hüquqşünas, Media Hüququ İnstitutunun rəhbəri
103. Rövşən Almuradlı - kino və teatr rejissoru
104. Rüstəm İbrahimbəyov - kinodramaturq, Ziyalılar Forumunun təsisçisi, “Oskar” mükafatı laureatı
105. Samir Əsədli - VHP sədrinin təşkilat məsələləri üzrə müavini
106. Sahib Kərimov - AXCP Rəyasət Heyətinin üzvü, keçmiş vicdan məhbusu
107. Seymur Həzi - “Azərbaycan saatı”nın redaktoru, köşə yazarı, bloqçu
108. Səxavət Soltanlı - blogger
109. Solmaz Ələsgərli - sabiq millət vəkili
110. Solmaz Hüseynova - t.e.namizədi, qadın hərəkatı
111. Sülhəddin Əkbər - istiqlalçı deputat, ACP sədri
112. Şahin Həsənli - AXCP Rəyasət Heyətinin üzvü, keçmiş vicdan məhbusu
113. Şahvələd Çobanoğlu - köşə yazarı, hüquq müdafiəçisi
114. Tofiq Hüseynov - sabiq kənd təsərrüfatı naziri
115. Tofiq Kərimov - ALP-nin sədr müavini, Azərbaycan Texniki Universitetinin keçmiş müəllimi
116. Tofiq Yaqublu - Qarabağ döyüşləri iştirakçısı, köşə yazarı, vicdan məhbusu
117. Tural Abbaslı - Müsavat Gənclər Təşkilatının sədri, sabiq vicdan məhbusu
118. Ülvi Həsənli - Azad Gənclik Təşkilatının sədri
119. Üzeyir Məmmədli - “NİDA” İdarə Heyətinin üzvü, vicdan məhbusu
120. Vaqif Mahmudov-ACP sədrinin müavini
121. Vaqif Seyidzadə - ALP sədrinin müavini
122. Vəfa Cümşüdlü - qadın hərəkatı,
123. Vidadi Mirkamal - ədliyyə generalı, İctimai Palatanın Koordinasiya Şurasının üzvü
124. Vurğun Əyyub— Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sabiq sədri
125. Yaşar Cəfərli - Ehtiyatda Olan Zabitlər Birliyinin sədri, hərbi ekspert
126. Yusif Ağayev - Qarabag Qarnizonunun sabiq hərbi prokuroru, ədliyə müşaviri
127. Zahid Əliyev-Azərbaycan Pəşəkar Boks Federasiyasının İdarə Heyatının sədri, əməkdar məşqci
128. Zəfər Quliyev - İP KŞ-nin üzvü, Ziyalılar Forumunun KŞ üzvü, politoloq
129. Zəminə Dünyamalıyeva - sabiq millət vəkili, ACP Ali Məclisinin sədri.

Qaynar.info