Siyasət 11:14 30.07.2013

Milli Şuranın “Tiflis sammiti”nin məkanı bəlli oldu

Görüş axşam saat 18:00-da baş tutacaq.

Xəbər verildiyi kimi, bu gün Milli Şuranın 15-ə yaxın üzvü qurumun sədri və vahid namizədi Rüstəm İbrahimbəyovla görüşmək üçün Gürcüstanın paytaxtı Tiflis şəhərinə səfər edəcək.

Milli Şura üzvlərinin toplantısı Tiflisin 4 ulduzlu “Vere Palace” otelində baş tutacaq. Bu barədə saytımıza verilən məlumatda bildirilir ki, görüş Bakı vaxtı ilə axşam saat 18:00-da baş tutacaq.