İdman 11:58 26.10.2021

Millimiz bu gün növbəti matçına çıxacaq

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Dünya çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək.

Qaynarinfo xəbər verir ki, komandamız "ASK Arena"da Malta millisi ilə qarşılaşacaq. Qarşılaşmanı Macarıstandan olan hakimlər briqadası idarə edəcək:
 
Millimiz buna qədər qrupda Monteneqro və Rusiyaya 0:2, Danimarkaya isə 0:8 hesabı ilə məğlub olub.

Dünya çempionatının seçmə mərhələsi

26 oktyabr

Azərbaycan - Malta

Hakimlər: Reka Molnar, Katalin Török, Noemi Hegedus-Barath, Reka Bognar
"ASK Arena".
 
Səbuhi Həsənov