BƏƏ-nin Fuceyrə şəhərində keçirilən taekvondo üzrə komandalarası dünya çempionatında (keçmiş Dünya Kuboku) kişi millimiz yarımfinala vəsiqə qazanıb.
Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, ikiqat dünya çempionu olan millimiz ilk görüşdə son dünya birincisi İrana uduzub - 58:66.
Lakin komandamız daha sonra digər iki Asiya təmsilçisi – Özbəkistan və Çindən üstün olub. Yığmamız müvafiq olaraq 55:38 və 63:46 hesabı ilə qalib gəlib. Bununla da komandamız qrup ikincisi olaraq yarımfinala vəsiqə qazanıb. Bu isə o deməkdir ki, səkkiz ən güclü komandanın yarışdığı turnirdə millimiz ən azı bürünc medalı özü üçün təmin edib.
Şərhlər