Xəbər lenti

İdman 10:33 01.08.2022

Millimiz ərəbləri məğlub etdi

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Bakıda təlim-məşq toplanışında olan Səudiyyə Ərəbistanı yığması ilə yoldaşlıq oyununu keçirib.
 
Qaynarinfo AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Bakı "Su İdman Sarayı”nın ərazisindəki çimərlik futbolu meydançasında keçirilmiş oyun 4:1 hesabı ilə komandamızın xeyrinə başa çatıb. Millimizin qollarını Hüseyn Axundov (2), Amid Nəzərov və Ramil Əliyev vurub.
 
Bu komandalar arasında növbəti oyun sabah keçiriləcək.
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->