Məhəmməd Muradlı Armen Barseqyandan, Murad İbrahimli Artur Davtyandan üstün olub.
Türkiyənin Konya şəhərində keçirilən 16 yaşadək şahmatçılar arasında Olimpiadada millimiz Ermənistan yığmasını məğlub edib – 2,5:1,5.
Məhəmməd Muradlı Armen Barseqyandan, Murad İbrahimli Artur Davtyandan üstün olub.
Abdulla Qədimbəyli Şant Sarqsyanla heç-heçəyə razılaşıb. Gövhər Beydullayeva isə Mamikon Qəribyana uduzub.
Qeyd edək ki, Şahmat Olimpiadası noyabrın 24-də başlayıb və dekabrın 3-də başa çatacaq. (oxu.az)
Şərhlər