Çimərlik futbolu üzrə Azərbaycan milli komandası İtaliyanın Alghero şəhərində təşkil olunan Avropa Superfinalında növbəti oyununu keçirib.
Qaynarinfo-nun məlumatına görə, Rumıniya yığması ilə oyun rəqib komandanın 4:2 hesablı qələbəsilə ilə başa çatıb.
Millimizin qollarını Sabir Allahquliyev və Orxan Məmmədov vurub. Komandamız turnirdə növbəti oyununu sabah İsveçrə yığmasına qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Turnir çərçivəsində baş tutan ilk - Türkiyə yığması ilə qarşılaşma 5:5 hesabı ilə başa çatmışdı.
Səbuhi Həsənov
Şərhlər