İdman 21:24 23.02.2021

Millimiz seçmə mərhələyə qələbə ilə yekun vurdu

Futbol üzrə qadınlardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində sonuncu oyununu keçirib.

Qaynarinfo-nun məlumatına görə, Siyasət Əsgərovun baş məşqçi olduğu komanda Moldova seçməsini qəbul edib.

"ASK Arena"da baş tutan görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə yeganə qolu 46-cı dəqiqədə Aysun Əliyeva vurub.

Qrupun digər qarşılaşmasında İspaniya Polşanı sınağa çəkəcək.

Qeyd edək ki, bu qalibiyyətdən sonra ilk xallarını qazanan Azərbaycan millisi yer aldığı D qrupunu sonuncu pillədə başa vurub