Xəbər lenti

İdman 09:42 04.07.2022

Millimiz superfinala vəsiqə qazandı

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində (EBSL-2022) çıxışını başa vurub.
 
Qaynarinfo xəbər verir ki, seçmə mərhələnin son oyununda İspaniya millisi ilə qarşılaşan komandamız 4:6 hesabı ilə məğlub olsa da, Superfinala vəsiqə qazanıb.
 
Millimizin heyətində Orxan Məmmədov, Sabir Allahquliyev, Emin Mehdiyev və Comərd Baxşəliyev fərqlənib.
 
Superfinal 6-11 sentyabr tarixlərində İtaliyanın Alghero şəhərində keçiriləcək.
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->