İdman 23:35 21.01.2020

Millimiz Özbəkistana məğlub oldu

DÇ-2020-nin elit-raunduna hazırlaşan futzal üzrə Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib.

Qaynarinfo xəbər verir ki, millimiz Özbəkistanla üz-üzə gəlib. Joze Alesio Da Silvanın baş məqçisi olduğu komandamız 2:3 hesablı məğlubiyyəti ilə meydandan ayrılıb.

Qeyd edək ki, Azərbaycan və Özbəkistan milli komandaları arasında ikinci yoxlama görüşü yanvarın 22-də keçiriləcək. Yığma DÇ-2020-nin elit-raundunda Rusiya, Slovakiya və Xorvatiya yığmaları ilə qarşılaşacaq.

21 yanvar

Yoldaşlıq görüşü

20:00. Azərbaycan - Özbəkistan - 2:3

Qollar: Oliveira Da Nascimento "Vassora”, 24. İshaq Surqali, 36 - Dilşod Rahmatov, 3. İxtiyar Ropiyev, 5. Əkbər Usmanov, 29

Hakimlər: Hikmət Qafarlı, Anar Fərəcov, Rahin Heybətov

Bakı İdman Sarayı