Azərbaycan millisinin üzvü Rüfət Dadaşovun çıxış etdiyi "Finiks "Rayzinq" ABŞ Milli Liqasında (USL) növbəti oyununu keçirib.
Qaynarinfo xəbər verir ki, 29 yaşlı hücumçunun komandası səfərdə "Reno" ilə qarşılaşıb. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.
Meydana 64-cü dəqiqədə daxil olan Rüfət Dadaşov bundan 13 dəqiqə sonra komandasının yeganə qolunu vurub. Bu onun ABŞ klubunda 7-ci qolu olub.
Məğlubiyyətə rəğmən, "Finiks Rayzinq" 10 oyundan 20 xalla B qrupunda liderliyini davam etdirir. "Reno" isə 9 oyundan 21 xalla A qrupunda ilk pillədə yer alıb.
Qeyd edək ki, Rüfət Dadaşov Azərbaycan yığmasının sentyabrın 5-də evdə Lüksemburq və sentyabrın 8-də səfərdə Cənubi Kiprlə keçirəcəyi UEFA Millətlər Liqasının oyunlarına çağırılmayıb.
Şərhlər